İlham Əliyev Ümum Həmkarlar İttifaqları Konfederasiyasının Fəxri qızıl nişanına layiq görülüb

3 İyul 2012 19:33 (UTC+04:00)
Azərbaycan prezidenti İlham Əliyev Ümum Həmkarlar İttifaqları Konfederasiyası (ÜHİK) İcraiyyə Komitəsinin qərarı ilə "Həmkarlar ittifaqları hərəkatı qarşısında xidmətlərinə görə" Fəxri qızıl nişana layiq görülüb.  APA-nın məlumatına görə, ÜHİK-in baş katibi Vladimir Şerbakovun imzaladığı qərarda deyilir: "Azərbaycan Respublikası həmkarlar ittifaqları hərəkatı qarşısında xidmətləri, həmkarlar ittifaqları üzvlərinin sosial-iqtisadi hüquqlarının, mənafelərinin və azadlıqlarının müdafiəsinə, həmkarlar ittifaqlarının beynəlxalq səviyyədə nüfuzunun artırılmasına əvəzsiz şəxsi töhfəsi, qətiyyətli və prinsipial mövqeyi, MDB-nin qorunub saxlanması və inkişafı, sosial-iqtisadi və siyasi sahələrə inteqrasiya üzrə çoxillik səmərəli fəaliyyəti nəzərə alınaraq və anadan olmasının 50 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev ÜHİK-in "Həmkarlar ittifaqları hərəkatı qarşısında xidmətlərinə görə" Fəxri qızıl nişanı ilə təltif edilsin".