İki qasırğa eyni kadrda -FOTO

18 İyun 2014 19:44 (UTC+04:00)

ABŞ-da Nebraska əyalətində iki qasırğa eyni kadrda görüntülənib. Nəticədə iki nəfər həlak olub, 16 nəfər yaralanıb. Movqe.Az xəbər verir ki, ABŞ-ın Nebraska əyalətinin şimal-şərqində təsirli olan şiddətli qasırğa iki  nəfərin ölümünə səbəb olub. Nebraskanın Norfolk şəhərində ötən gün axşam saatlarında reallaşan güclü qasırğada 16 nəfər yaralanaraq xəstəxanaya qaldırılıb, qəsəbəyə ağır maddi ziyan dəyib. 

Həlak olanlardan birinin 5 yaşında bir uşaq olduğu öyrənilib.