İŞİD-dən Türkiyəyə torpaq iddiası

18 İyun 2014 18:25 (UTC+04:00)

İraq Şam İslam Dövləti Türkiyəyə qarşı torpaq iddiası qaldırıb. 


Məlumatına görə, bu barədə İŞİD rəsmi internet səhifəsində bildirilir.


Terrorçuların iddiasına görə, İŞİD-in təkibində göstərilən Levante bölgəsinə Türkiyənin Hatay vilayəti də daxil edilib.

Levante bölgəsinə daxil edilən bölgələr bunlardır: Fələstin, İordaniya, Livan, Suriya, Sina yarımadası və Türkiyənin Hatay vilayəti.


Xatırladaq ki, İŞİD İraqın böyük şəhərlərinndən bir neçəsini ələ keçirib. Onlar öz dövlətlərini qurmaq istədiklərini bəyan ediblər. Quracaqları dövlət isə şəriət qaydaları ilə idarə olunacaq.