Eks prezident həbs edildi

18 İyun 2014 21:12 (UTC+04:00)
Türkiyənin sabiq prezidenti Əhməd Kənan Evren və sabiq Hərbi Hava Qüvvələri Komandanı Tahsin Şahinkaya məhkəmənin qərarı ilə ömürlük azadlıqdan məhrum edilib. 

ANS PRESS-in məlumatına görə, onlar dövlət əleyhinə gördükləri işlərə görə həbs ediliblər.

Eks-prezident Kənan Evren 1980-ci ildə Türkiyədə hərbi çevrilişdən sonra ölkəyə rəhbərlik edib. 

Xatırladaq ki, Əhməd Kənan Evrən 1917-ci il 17 iyulda anadan olub. O, Türkiyə Respublikasının 7-ci prezidenti və 17-ci Baş Qərargah rəisi, Osmanlı İmperiyasında doğulmuş sonuncu prezidentdir. 1980-ci il 12 sentyabr hərbi çevrilişi yolu ilə hakimiyyətə gəlmiş, 1982-ci ildə yeni konstitusiyanın qəbul edilməsindən sonra rəsmi olaraq prezident seçilmişdi.