Çərəzin möcüzəvi təsirləri

18 İyun 2014 20:45 (UTC+04:00)

Günümüzdə insan sağlamlığı üçün vacib sayılan qidalarla yanaşı əyləncə zamanı istifadə etdiyimiz cipsilər, müxtəlif çərəzlər istirahətimizə yeni rənglər əlavə edir. 

Hansı çərəzlərin hansı xəstəliyə xeyirli olduğunu bilmək, sağlamlıq üçün möcüzəvi təsirlərini öyrənmək hər kəs üçün maraqlıdır. Bu baxımdan ilk öncə həmin qidalardan uyğun bir şəkildə istifadə önəmlidir. İnsan sağlamlığı üçün faydalı olan çərəzlərə fındığı, fıstığı (Antep), yer fındığını, günəbaxan tumunu, ağ və sarı ləbləbini, qozu, balqabaq tumunu və s. misal göstərmək olar.

Fındıq 

Bu çərəzin bədəni qüvvətləndirdiyi bildirilir. Ürək narahatlıqlarının səbəbi kimi tanınan yüksək xolestrolun salınmasında ən əhəmiyyətli köməkçi hesab olunur. Fındıqda insan bədəninə faydalı kalsium, dəmir, karbohidrat, yağ və sink olduğu üçün maddələr mübadiləsini tənzimləyir və sümüklərin inkişafını təmin etməyə kömək edir. Məlumatda həmçinin E vitamini baxımından olduqca zəngin olduğu, qan azlığına qarşı qoruyucu təsiri göstərdiyi bildirilir. 


Fıstıq

 Bu çərəzdən istifadə xolesterinə təsir göstərir. Qanda mövcud olan xolesterin səviyyəsini aşağı salmağa kömək edir. Ürək xəstəliklərinə olan riski azaldır. 

Bu fıstıq zülal cəhətdən 2 qat, fosfor cəhətdən 4 qat daha üstündür. Ayrıca qanda olan şəkərin yüksəlməsini önləməyə kömək etdiyi bildirilir. 


Yer fındığı

 Bu çərəz də bədənin inkişafını təmin etməyə kömək edir. Bədənin immunitetini və zehni gücü artırır. Bronxları yumşaltmağa kömək edir. Öskürək kəsicidir. Tərkibində sabit yağ və zülallı maddələrin olduğu bildirilir. Böyrək və öd kisəsi ağrılarını yüngülləşdirməyə kömək edir. 

Günəbaxan tumu. Bu çərəzin içindəki yağ, damar sərtliyini aradan qaldırır. Ürək və sinir xəstəliklərini önləyir. Tərkibində bol miqdarda E vitamini və zülal olduğu bildirilir.


Ağ ləbləbi

 Mədə şirəsinin zərərlərini önləməyə kömək edir. Artıq çəkidən azad olmaq istəyənlər üçün əhəmiyyətli bir funksiyaya malikdir. 


Sarı ləbləbi

 Bədəni qüvvətləndirir.


Balqabaq tumu

 Mükəmməl bir qurd dərmanıdır. Hər gün 15-20 ədəd yeyilməsi tövsiyə edilir. Tenya adlı soxulcanları salmaq üçün yaxşı bir dərman hesab olunur.