Dünya Çempionatı: Kamerun-Xorvatiya – 0:4 - VİDEO

19 İyun 2014 10:20 (UTC+04:00)
Futbol üzrə Dünya Çempionatında qrup mərhələsinin oyunları davam edir. Movqe.az xəbər verir ki, A qrupunda II turun ikinci oyunu keçirilib. İlk oyunda məğlub olan iki komanda – Kamerun və Xorvatiya millilərinin görüşü maraqla gözlənilirdi. Məğlub olan tərəf mundialla erkən vidalaşmalıydı. Bu komanda Kamerun olub. Afrika təmsilçisi dalbadal ikinci oyunda da məğlubiyyətlə üzləşərək, mundiala vida edib. Qeyd edək ki, bu, tərəflərin tarixi ərzində ilk görüşü olub.

A qrupu

Kamerun – Xorvatiya - 0:4

Qollar: Oliç, 11; Perişiç, 48; Mandjukiç, 61; 73