"Milli təhlükəsizlik mənlik şüuru kontekstində"

19 İyun 2014 10:54 (UTC+04:00)

Siyasi elmlər üzrə fəlsəfə doktoru , ehtiyatda olan   polkovnik,  Azərbaycan Respublikasının Prezidenti yanında Ali İdarəçilik Akademiyasının müəllimi, həmyerlimiz   Cəlil   Xəlilovun  "Milli  təhlükəsizlik  mənlik  şüuru  kontekstində" kitabı


 

Siyasi elmlər üzrə fəlsəfə doktoru , ehtiyatda olan   polkovnik,  Azərbaycan Respublikasının Prezidenti yanında Ali İdarəçilik Akademiyasının müəllimi Cəlil Xəlilov əslən Masallı rayonundandır, burada, kənd məktəbini bitirdikdən sonra həyatın eniıli - yoxuşlu yollarına çıxmış, həyatda irəliyə doğru can atmışdır, məqsədinə nail olmuşdur...



Azərbaycan Respublikasının Prezidenti yanında Ali İdarəçilik Akademiyasının müəllimi Cəlil Xəlilovun oxucularla  dördüncü    görüşü  olan "Milli  təhlükəsizlik  mənlik  şüuru  kontekstində" adlı monaqrafiya  müstəqil  elm  sahəsi  kimi  formalaşmaqda  olan   Azərbaycan  siyasətşünaslığında  az  öyrənilmiş  problemin - dövlət  quruculuğu  prosesində   milli  təhlükəsizliyə  etibarlı  təminat  yaratmaq  probleminin  tədqiqinə  həsr  olunmuşdur.  Bu  məqsədlə  ölkə  həyatının  ictimai-siyasi,  elmi-mədəni,  sosial-iqtisadi,  eləcə  də  digər  sahələrini  əhatə  edən  dövlət  quruculuğu  proseslərinə   bilavasitə  təsir  göstərən  milli  mənlik  şüuru  və  azərbaycançılıq  ideologiyası  ilə  bağlı  aspektinin   araşdırılması  ön  plana  çəkilmişdir.

     

Kitabın  başlıca  məziyyətlərindən  biri  tədqiqat  obyekti  olan  mövzu  ilə  əlaqədar  nəinki  Azərbaycan  və  postsovet  məkanı,  həmçinin  dünya  siyasi  elminin  mühüm  nəticələrinə  istinad  edilməsidir.  Müəllif  əksər  mülahizələrini  həmin  nəticələrə  əsaslanaraq,  elmi  təhlil  süzgəcindən  keçirərək  oxucuya  çatdırmış,  sözün   əsl  mənasında  sanballı  elmi  əsər  ərsəyə  gətirməyə  nail  olmuşdur.  Ümidvarıq  ki,  kitab  siyasətşünaslar,  bu  sahənin  tədqiqatçıları  ilə  yanaşı,  tələbələr  və  milli   təhlükəsizliklə   bağlı  qurumların  əməkdaşları   üçün   də  faydalı  olacaqdır.

 

 

 

 

 

Kitabın   mündaricatı  aşağıdakı  kimidir:

 

"Giriş"   (səh.  3),

"I Fəsil.   Milli  təhlükəsizliyin  əsasları"       (səh.  14),

"II   Fəsil.  Milli  mənlik   şüuru   sosial  fenomen  kimi"      (səh.  78),

"III  Fəsil.  Azərbaycanın   milli  təhlükəsizliyinə  siyasi  təhdidlərin  dəf  edilməsində   "azərbaycançılıq"   ideologiyasının  rolu"      (səh.  142),

"Nəticə"     (səh.  200) və 

"İstifadə  edilmiş  ədəbiyyat"      (səh.  208).

 

 

Kitabın Baş   məsləhətçi  istefada  olan   general-mayor  Firudin   Hüseynovdur.

 

 

Azərbaycan jurnalisti, Ümumrusiya Azərbaycanlıları Ko nqresinin (ÜAK) və Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) Murmansk regional şöbəsinin mətbuat katibi,  

region hökuməti yanında Millətlərə dair işlər üzrə Məsləhət Şurasının üzvü, Azərbaycan və Rusiya Jurnalistlər İttifaqlarının üzvü ƏLİHÜSEYN ŞÜKÜROV yazır ki, həmyerlimiz Cəlil   Xəlilovun "Milli təhlükəsizlik  şüuru  kontekstində" kitabının elmi  redaktoru  fəlsəfə  elmləri   doktoru,  professor Əlikram  Abdullayev, rəyçiləri fəlsəfə   elmləri  doktoru,  professor  Qoşqar   Əliyev, fəlsəfə elmləri  doktoru,  professor Əlikram Tağıyevdir.

 

 

 

Siyasi elmlər üzrə fəlsəfə doktoru , ehtiyatda olan   polkovnik,  Azərbaycan Respublikasının Prezidenti yanında Ali İdarəçilik Akademiyasının müəllimi, həmyerlimiz   

 

Cəlil   Xəlilovun  "Milli  təhlükəsizlik  mənlik  şüuru  kontekstində" kitabı Bakının "VƏTƏN" nəıriyyatında 220 səhifədə çap olunmuıdur.

 

Nəşriyyatın  redaktoru Zərif Cəfərova,  kompyüter dizayneri   Araz  Aşurov   və  Ceyhun  Mahmudovdur.


Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali İdarəçilik Akademiyasının müəllimi Cəlil Xəlilov vaxtaşırı respublka mətbuat orqanlarında öz elmi məqalələri ilə çıxış edir.


Cəlil müəllimə şərəfli elm yollarında uğurlar arzulayırıq!