"Apple"dan yeni iMac! - FOTO

19 İyun 2014 12:30 (UTC+04:00)

Apple, bu gün yeni giriş səviyyəsi 21.5 düym iMac-ı tanıdıb. Çox baha olmayan qiymətə satılacaq yeni iMac, xüsusilə ultra incə dizaynı, parlaq ekran və Core i5 prosessorlarıyla diqqət çəkir. Apple-ın yeni 21.5 düym iMac-ı; Turbo Boostla sürəti 2.7 GHz-ə qədər çata bilən 1.4 GHz cüt nüvəli Intel Core i5 prosessora, Intel HD 5000 qrafika, 8 GB yaddaşa və 500 GB sabit diskə malikdir.


Movqe.Az xəbər verir ki, iLife və iWork proqramlarını pulsuz olaraq özü ilə gətirən yeni iMac, iLife tətbiqi tərkibində zəngin məzmunlar ehtiva edir. iLife; iMovie ilə sevimli videolarınızı tənzimləmənizə, GarageBand ilə yeni musiqilər yaratmaq və ya piano və ya gitara öyrənməyinizi, iPhoto ilə də ən yaxşı şəkillərinizi tənzimləmənizi və paylaşmanızı təmin edir. 


21.5 düym iMac, bu gündən etibarən Apple Online Store, Apple Storelarda və müəyyən Apple səlahiyyətli satıcılarından satışa təqdim ediləcək.