Maşın daş hasara çırpıldı, yaralılar var

19 İyun 2014 12:55 (UTC+04:00)

Hadisə Xudat-Nabran yolunun 2-ci şöbə adlanan hissəsində qeydə alınıb

Bu gecə Xaçmaz rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. 


Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Xudat-Nabran yolunun 2-ci şöbə adlanan hissəsində qeydə alınıb.


Belə ki, 1994-cü il təvəllüdlü Rüfət Nemət oğlu Didarlının idarə etdiyi "VAZ 2106" markalı avtomaşın idarəetməni itirərək yolun kənarındakı daş hasar çırpılıb.


Nəticədə nəqliyyat vasitəsində olan 3 sərnişin və sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Quba Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.


Minik maşınının sürücüsü R.Didarlı Quba rayon sakinləri, 1993-cü il təvəllüdlü Həsrətqulu Elman oğlu Məmmədov, 1990-cı il təvəllüdlü İbrahim Şükür oğlu Didarlı və 1985-ci il təvəllüdlü Talıb Cəfər oğlu Qayıbov hazırda xəstəxanada müalicə alır. 


Yaralılardan iki nəfərin D.Rüfət və M.Həsrətqulunun vəziyyətinin ağır olduğu bildirilir.


Faktla bağlı Xaçmaz rayon polis şöbəsində araşdırmalar davam etdirilir.