Kıvanç Tatlıtuğ sevgilisini dənizdə öpdü

19 İyun 2014 12:50 (UTC+04:00)
Türkiyəli məşhur aktyor Kıvanç Tatlıtuğ "Kurt Seyid Şura" serialının çəkilişləri bitər-bitməz sevgilisi Başak Diselə birlikdə Bodruma üz tutublar. Mövqe.az Türkiyə mətbuatına istinadən bildirir ki, əvvəl yemək yeyən, cütlük sonra dənizə giriblər və gözəl istirahət ediblər. Bir-birinə sarmaş dolaş olan sevgililər bir saata yaxın dənizdə çimiblər. Tez-tez öpüştükləri görüntülənən iki məşhur daha sonra günəş vannası qəbul ediblər.