2-ci dəfə ailə quran Mətanət: "Boşanmış qadına ər daha çox lazımdır"

19 İyun 2014 13:37 (UTC+04:00)
Teleaparıcı Mətnət Əliverdiyeva öz həyat hekayəsi ilə gündəmə gəlib. Mövqe.az xəbər verir ki, aparıcı şəxsi həyatından bəzi məqamlara toxunub: "Gəlinimə qaynana olmayacam, rəfiqə olacağam. Ona azadlıq verəcəyəm, qoy, rahat olsun. Özü öz evinin xanımı ola bilsin. Çünki mən yaxşı qaynana görməmişəm. Birinci ailə həyatım alınmadısa, bununla həyatım bitmədi. İkinci dəfə ailə qurdum. Bəzən insanlar ikinci dəfə ailə quran xanımları qəbul edə bilmir. Niyə ? Boşanmış qadına ər daha çox lazımdır. Qoy, başının üstə kişi olsun.  Övladlarım mənim nəfəsimdir. ailəm də çox gözəldi. Min şükür".