Azərbaycanda azyaşlı uşaq faciəli şəkildə öldü

19 İyun 2014 14:15 (UTC+04:00)

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, iyunun 18-də saat 14 radələrində Sabirabad rayonunun Əlicanlı kənd sakini Cəlal Əkbərov həyətində "QAZ-3302" markalı avtomobili arxaya verərkən azyaşlı oğlu Cavidi vurub. Uşaq hadisə yerində dünyasını dəyişib.