Bakıda işdən çıxarılan neftçi özünü asdı
19 İyun 2014 15:24 (UTC+04:00)
Azərbaycanda işdən çıxarıldığı deyilən neftçi
intihar edib. Movqe.az-ın məlumatına görə, bu barədə Neftçilərin
Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı sosial
şəbəkədə məlumat yayıb. Hüquq
müdafiəçisi bildirib ki, 40-45 yaşlarında olan Kövsərov Etibar
Nadir oğlu "Bahar enerji" əməliyyat şirkətində elektrik işləyib.
Lakin ixtisarlar adı ilə işdən çıxarılıb. Mirvari Qəhrəmanlının yazdığına görə, işini itirən
elektrikçinin maddi durumu ağır olub.