Çiyni çıxan Kənan MM: "Ət sümükdən ayrılıb" - video
19 İyun 2014 16:02 (UTC+04:00)
Dünən "Ulduzların döyüşü" yarışında rejissor Kənan Mahmudov müğənni
Vüqar Muradova uduzub. Mövqe.az xəbər verir ki, çoxlarının favoriti
olan Kənan MM bu məğlubiyyətinə belə haqq qazandırıb: "Elə
idmançı var ki, gedir yarışa uduzur gəlir. Deyir ki, udmuşam amma
rejissor varki 5 raund dayanmadan var gücüylə döyüşür dəqiqə yarım
qalmış çiyni çıxır. Həkimlər çiynini salır və həmin qoluyla yenə
vuruşur. İkinci dəfə 30 saniyə qalmış yenə həmin çiyni çıxır. Bu
dəfə həkimlər vuruşmağa izin vermir. Heç bilirsiz bu nə ağrıdı? Yox
bilmirsiniz və istəmərəmdə biləsiniz. Ət sümükdən ayrılıb... Ona
görə də bəzi səviyyəsiz idmançılar qalibiyyət statusu yazanda
diqqətli olun. Yoxsa cümlələrimə fikir vermərəm. Ağıllı olun. Hər
kəs özü haqqda həqiqəti bilir".