Bakıda oğlan sevdiyi qızın evini yandırdI-FOTO

19 İyun 2014 18:38 (UTC+04:00)

Həbs edilən Röyal ifadəsində bildirib ki, Vüsalə ona qismət olmadısa, ölsə yaxşıdır

Lökbatanda oğlan sevdiyi qızın evini yandırıb. 


Hadisə barədə Qafqazinfo məlumat əldə edib. Kürdəmir sakini Röyal Fətəliyev Lökbatan sakini Vüsalə Məmmədova adlı qızı sevib. Qız isə ona "yox" cavabı verib. Gənc aşiq isə bu cavabdan əsəbiləşərək Vüsaləgilin evini yandırıb.


Qeyd edək ki, Qaradağ rayon Polis İdarəsi əməliyyat keçirərək Röyal Fətəliyevi həbs edib. 


Maraqlıdır ki, Röyal ifadəsində bildirib ki, Vüsalə ona qismət olmadısa, ölsə yaxşıdır.