NATO-dan Türkiyə açıqlaması

19 İyun 2014 18:47 (UTC+04:00)

NATO baş katibi Rasmussen, İraqdakı vəziyyət və Türkiyə ilə əlaqədar şərh verib. NATO-nun baş katibi Rasmussen, Türkiyənin İraqdakı inkişaflarla əlaqədar NATO-dan hər hansı bir yardım  tələbində olmadığını bildirərək, "Türkiyənin də aralarında olduğu mütəffiqlərimizi qorumaq və müdafiə təmin etmək üçün əlimizdən gələni etmək mövzusunda tərəddüd etmərik" deyib.