"Mən yekəxana deyiləm"

19 İyun 2014 19:25 (UTC+04:00)

Müğənni İlhamə Qasımova haqqında deyilən "yekəxana" ifadəsinə aydınlıq gətirib. 


Axşam.az-ın məlumatına görə, "Solo" verilişinə qonaq olan ifaçı bunun dar düşüncəli insanların fikri olduğunu bildirib: 


"El arasında hamı məni yekəxana, özündənrazı kimi tanıyır. Amma bir insana özümü tanıtmaq üçün on dəqiqə onunla söhbət etməyim bəsdir. Bunlar dar düşüncəli insanların fikridir. Məni Azərbaycan xalqının yüz faizi tanıyır. Amma yüz faizin hamısı sevə bilməz. Məni təmin edəcək qədər sevgim var. Acgöz deyiləm. Şərt deyil ki, hamı bəyənsin, dinləsin".