Aybəniz Haşımovadan etiraf

19 İyun 2014 21:22 (UTC+04:00)

Əməkdar artist Aybəniz Haşımova maraqlı etiraf edib. 


Axşam.az-ın məlumatına görə, müğənni şeir yazdığını, amma bunu hər kəsdən gizlətdiyini deyib: 


"Dənizə getməyi sevirəm. Amma çimmirəm, üzmürəm. Dənizə baxıb, şeirlər yazıram. Şeirlərimi isə heç kimə göstərmirəm. Heç onlara mahnı da bəstələtmirəm. Gələcəkdə şeirlərimi bir yerə yığıb, kitab şəklində buraxmağı düşünürəm". 


A.Haşımova yay istirahətini Azərbaycanda keçirəcəyini deyib: 


"Azərbaycanın bölgələrində dincəlməyi xoşlayıram. Xaricə ancaq iş səfərlərinə gedirəm".