Dünya Çempionatı: Yaponiya – Yunanıstan - 0:0

20 İyun 2014 10:30 (UTC+04:00)

Futbol üzrə Braziliyada keçirilən dünya çempionatında C qrupunun ikinci turunda məğlublar üz-üzə gəlib - Yaponiya Yunanıstanla görüşüb  Movqe.az-ın verdiyi xəbərə görə, Kolumbiya ilə görüşdə 0:3 hesabı ilə məğlub olsalar da, zəif təsir bağışlamayan yunanların asiyalılara qalib gələcəyi gözlənilirdi. Ancaq yunanların kapitanının qırmızı vərəqə alaraq oyunu tərk etməsi bütün planların üstündən xətt çəkib. Oyun 0:0 hesabı ilə başa çatıb. Qeyd edək ki, Yaponiya-Yunanıstan oyununun 0:0 hesabı ilə yekunlaşması Kolumbiya millisinin DÇ-nin 8/1 final mərhələsinə adlamasını təmin edib. İki turun nəticələrinə əsasən, Kolumbiya millisinin aktivində 6, Kot-divuar – 3, Yaponiya və Yunanıstan komandalarında isə 1 xalı var.Son turda Yaponiya Kolumbiya ilə, Yunanıstan isə Kot-divuar ilə oynayacaq.

C qrupu


Yaponiya – Yunanıstan - 0:0


Qırmızı vərəqə: Katsouranis, 38