Bakı metrosunda namus davası

20 İyun 2014 11:18 (UTC+04:00)

Sərnişinlər arasında qalmaqal "Gənclik" və "28 May" stansiyaları arasında tuneldə dayanan qatarda baş verib

Bu gün də Bakı Metropolitenində daha bir namus qalmaqalı yaranıb. 

Movqe.az-ın milli.az-a istinadən verdiyi məlumata görə, "Həzi Aslanov" – "İşərişəhər" istiqamətində hərəkət edən qatar "Gənclik" və "28 May" stansiyaları arasında tuneldə dayanıb ə dayanıb.


Bu zaman 20-22 yaşlı bir oğlan 35 yaşlarında xanıma söykənib. Qadın səs-küy salaraq etirazını bildirib. Qatar platformaya yaxınlaşan kimi bir neçə gənc həmin oğlanı vaqondan düşürüb. Xanım onu polisə vermək istəsə də, həmin oğlanlar buna icazə verməyib adamı metrodan çıxarıblar.


Xatırladaq ki, dünən də səhər saat 09:30 radələrində Bakı Metropolitenində oxşar hadisə baş vermişdi.