Qubada arvad ərini öldürdü

20 İyun 2014 13:03 (UTC+04:00)

Quba rayonunda qətl hadisəsi baş verib.


APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba rayon sakini, 1960-cı il təvəllüdlü Zeynal Xanlarov həyat yoldaşı Gülnar tərəfindən qətlə yetirilib.

 

Qadın həyat yoldaşının başına odun parçası ilə zərbə vurub. Z.Xanlarov aldığı xəsarətlərdən dünyasını dəyişib.

 

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

 

Faktla bağlı Quba rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.