Müğənni Nazim Məmmədov evləndi - Eksklüziv

4 İyul 2012 12:58 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Azərbaycanın tanınmış bəstəkar-müğənnisi Nazim Məmmədov subaylıqla vidalaşdı.

Müğənni Nazim Məmmədov iyul ayının 3-də subaylıqla vidalaşıb. Gülnar xanımla rəsmi nikaha girən Nazimin toyunda aparıcılıq etməyi tanınmış şoumen Nəsib Nur öz üzərinə götürmüşdü.

Məclisin əsas müğənnisi qismində çıxış etmək müğənni Elton Hüseynəliyevə tapşılırmışdı. Lakin bu toyu bayrama çevirən Nazim Məmmədovun ən yaxın dostu Azəri Günel oldu. Qeyd edək ki, Günel dostunun şad gününə çox sevinirdi. Müğənni məclis boyunca dostu və xanımı üçün ən gözəl mahnılarını oxudu.

Qeyd edək ki, qonaqlar qismində şou-biznesin tanınmış simalarıda var idi.

Türkan Nadirqızı

Movqe.Az