Kütləvi məzarlıq tapıldı

20 İyun 2014 14:30 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Meksikanın narkotik kartelləri arasında döyüşlərə və qaçaq immiqrantlara istiqamətlənmiş hücumlara səhnə olan Veracruz əyalətində yeni bir kütləvi məzarlıq ortaya çıxarılıb. Səlahiyyətlilər, Tres Valles qəsəbəsi yaxınlarındakı bir fermada ortaya çıxarılan kütləvi məzarlıqda ən az 28 nəfərin cəsədinin tapıldığını, qazıntı işlərinin hələ də davam etdiyini açıqlayıb. Yerli qəzetlər, belə məzarlıqların bölgədə çox sayda qağayının varlığından şübhələnən dəniz piyadaları tərəfindən tapıldığını yazıb. Eyni bölgədə bir neçə gün əvvəl də məzarlıq tapılmışdı.