Hakimlərin maaşı ilə bağlı DƏYİŞİKLİK

20 İyun 2014 15:54 (UTC+04:00)

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasının gedişi zamanı gündəliyə yeni bir məsələnin müzakirəsi təqdim olunub.Movqe.az-ın məlumatına görə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli tərəfindən təqdim olunan "Məhkəmə-Hüquq Şurası haqqında" qanuna dəyişikliyin müzakirəsi deputatların səsverməsi ilə müzakirəyə qəbul olunub. Daha sonra layihənin müzakirəsi başlayıb. Layihə hakimlərin fəaliyyəti ilə bağlıdır. Layihəyə əsasən, bundan sonra hakimin fəaliyyətinə kənar müdaxilə olarsa, o, bu haqda Şuraya xəbər verməlidir. Şura da öz səlahiyyəti daxilində məsələ ilə bağlı ölçü götürəcək. Qanuna edilən digər dəyişiklik hakimlərin maaşı ilə bağlıdır. Belə ki, hakimin fəaliyyəti dövründə onun əmək haqqı aşağı salına bilməz.Layihə səsə qoyularaq qəbul olunub.