Pullarını dənizə tökən gənc onları xilas etmək istəyərkən az qala boğulacaqdı

20 İyun 2014 17:39 (UTC+04:00)

Ötən gün axşam saat 21:25-də Bakı Bulvarında qəribə hadisə baş verib. Bulvar İdarəsinin təhlükəsizlik xidmıətinin rəisi Müqabil Baxşıyevin anspress-ə veridiyi məlumata görə, 21 yaşlı gənc Saat qülləsi yaxınlığında dənizə yıxılıb. Gənc az qalıb boğula. Onu yaxınlıqdakı təhlükəsizlik xidmətinin əməkdaşları və Fövqəladə Halalr Nazirliyinin xilasediciləri sudan çıxarıblar.


Gənc sudan çıxandan sonra bildirib ki, dənizə 350 manat pulu düşüb. Oğlan pulunu götürmək istəyən zaman dənizə yıxılıb. Gənc oğlan cibindən siqaret çıxaran zaman külək pulu dənizə salıb. Gənc oğlan suda 350 manatdan yalnız 1 manat tapa bilib.


Oğlana ilkin yardım göstərilib və onu xəstəxanaya aparıblar.