Rza Zərrab indi də adam döydü
20 İyun 2014 18:18 (UTC+04:00)
Muğlanın Bodrum mahalında yaşayan vətəndaşların
sərt reaksiyasına məruz qalan Rza Zarrabın hücum çəkərək adamlardan
birini döydüyü iddia edildi.
Aktual.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Bodrumda
dənizə girərkən görüntülənən Rza Zərrab bölgədəki vətəndaşların
reaksiyası ilə qarşılaşıb.
Vətəndaşlardan biri ona "oğru" dedikdən sonra
üzərək bölgədən uzaqlaşıb.
"O gəmini kimin puluyla aldın" sualına isə Zərrab
belə cavab verib: " Onun, bunun pulundan bir azca borc aldım"
.
Rzanın gəmilərinə baxan insanlar limana enər-
enməz Zərrab və qorumalarının hücumuna məruz
qalıb.
Gəmidə olan 25 adamdan biri Rza tərəfindən
möhkəmcə döyülüb, o, hadisə yerindən çətinliklə
uzaqlaşdırılıb.