Fazil Mustafa "Araz" kurslarının bağlanması ilə bağlı fikirlərini bildirib

20 İyun 2014 22:30 (UTC+04:00)

Bu gün Milli Məclisin ilk növbədənkənar iclası öz işinə başlayıb. Movqe.az-ın məlumatına görə, növbədənkənar iclasın gündəliyinə 31 məsələ daxil edilib. 


Millət vəkili Fazil Mustafa çıxşı zamanı Araz kurslarının bağlanmasından danışıb: "Çağ öyrətim şirkətlərinin bağlanması mövzusuna gələcəkdə qayıtdıqda çox böyük səhv etdiyimizi görəcəyik. Alternativ məktəblər şəbəkəsi genişləndirilməlidir". 


Deputatın sözlərinə görə, atestat qiymətlərinin yarı fazi "2"dir. Ona görə Azərbaycanda rus, türk, ingilis məktəbləri yaradılmalıdır.


"Türkiyənin daxili işlərinə qarışmaq istəmirik. Türkiyə öz diplomatlarını xilas edə bilmir. Azərbaycan da bu məktəblərlə bağlı düzgün qərar qəbul edilməlidir. Çağ öyrətim kurslarının bağlanması çox səhv addım idi".


Qüdrət Həsənquliyev isə orta məktəblərin dövlətin təsiri altında olmalı olduğunu qeyd edib. "Məktəblərə dini qurumların təsir etməlidir. Ona görə də SOCAR-ın bu qərarını alqışlayıram".