Keçmiş məhkum 3 kiloqram narkotiklə tutuldu (VİDEO)
21 İyun 2014 10:04 (UTC+04:00)
Keçmiş məhkum köhnə vərdişindən əl
çəkməyib.
Movqe.az ANS TV-ə istinadən xəbər verir ki,
Yasamal Rayon Polis İdarəsinin əməkdaşları üzərində narkotik maddə
gəzdirən şəxsi saxlayıb. Daxil olan məlumat əsasında saxlanılan 55
yaşlı Arif Məlikov polis orqanına gətirilib.
Dəfələrlə məhkum həyatı yaşayan Arif Məlikov
narkotik istifadəçisi olduğunu etiraf etsə də onun satışı ilə
məşğul olmadığını bildirib.
Fakt üzrə Yasamal Rayon Polis İdarəsində başlanan
cinayət işi üzrə araşdırmalar davam edir. İstintaqın gedişi zamanı
Arif Məlikovdan müsadirə edilən narkotik vasitənin mənbəyilə yanaşı
onu hansı məqsədlə əldə etdiyinə də aydınlıq
gətiriləcək.