“Titanik”də gizli narkotika keyfi (FOTO)

21 İyun 2014 10:23 (UTC+04:00)
1997-ci ildə ekranlara çıxan və kassa rekordları qıran "Titanik" filmi haqqında maraqlı yeni məlumatlar ortaya çıxıb. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Ceyms Kameronun rejissorluğu ilə çəkilən "Oskar" mükafatlı filmin çəkilişlərinin son gecəsində bir neçə qrup adama paylanan yeməklərin içinə zarafatla narkotik qarışdırılıb. Həmin gecə 80 adam hallisünasiya diaqnozu ilə xəstəxanaya qaldırılıb.

Həmçinin filmi çəkən şirkət Jak rolunu Mathey Mak Konauheyin oynamasını istəyib. Ancaq Jeyms Kameron Leonardo Di Laprionun oynaması üçün israr edib.

Qloria Stuart filmin çəkilişi əsnasında 1912-ci ildə reallaşan qəzadan qalan tək yaşayan adam idi. 87 yaşında "Oskar" mükafatlandırılmasında ən yaxşı köməkçi qadın oyunçu roluna nominant olması ilə "Oskar" tarixinin ən yaşlı namizədi olub.