Aeroportda gürcü zarafatı
21 İyun 2014 10:26 (UTC+04:00)
Fransanın Berjerak şəhər meriyasının məsləhətçisi
Nuqzar Sulaşvili sosial şəbəkədə şəxsi səhifəsində Azərbaycanda
dünən baş verən hadisəyə cavab verib.
Movqe.az-ın ANS PRESS-ə istinadən məlumatına görə,
Sulaşvili Azərbaycan aeroportunda baş verən hadisə barədə onda ilk
mənbədən informasiya olduğunu qeyd edib.
"Mən ilk mənbədən 100 faizlik informasiyaya
malikəm. Sadəcə əgər mən ad yazsam, o adamı işsiz qoya bilərlər,
buna görə mənbənin adını deyə bilmərəm. Ancaq bu dəfə sizi milyon
dolların tarixiylə tanış edəcəyəm", - deyə o
yazıb.
Gürcüstan Xarici İşlər Nazirliyinin başçısı
Pandjikidzenin tapşırığı ilə Gürcüstanın xarici işlər nazirinin
müavinlərindən biri Gürcüstanın Bakıdakı səfirliyinə zəng vurub və
məlumat verib ki, onlar Daxili İşlər Nazirliyindən etibarlı məlumat
alıblar ki, millilər (keçmiş hakim partiya "Vahid milli hərəkat")
Gürcüstana böyük məbləği idxal edirlər. Səfirə təcili tədbir görmək
tapşırığı veriblər. Onları Bakı aeroportunda faktla götürməyi
tapşırıblar.
Səfir lazımı orqanlarla əlaqə saxlayıb və belə
müraciət edib: "Bizdə yoxlanmış informasiya var ki, Gürcüstanın iki
vətəndaşı, hansılar ki, diplomatik pasporta malikdirlər, gömrükdən
gizli Gürcüstana böyük məbləğ daşıyırlar və ola bilər ki, silah da
aparırlar. Bu haqda Gürcüstan hakimiyyəti məlumatlandırılıb. Bu
cinayətdə onların tutulması bizim tərəfimizdən diplomatik qalmaqala
səbəb olmayacaq, əksinə, biz şad olacağıq və bunun üçün kömək
edəcəyik".
Buraxılış məntəqəsində həqiqətən müəyyənləşdirmə
məqsədi ilə parlamentinin deputatları olan Zurab Djaparidzeni və
İrma Nadiraşvilini saxladılar. Amma gömrük xidməti heç nə aşkar edə
bilmədi, bu haqda xarici işlər nazirinə və Azərbaycanın Daxili
İşlər Nazirliyinin rəhbərliyinə bildirildi, sonra Azərbaycanın
xarici işlər naziri Gürcüstanın səfiriylə əlaqə saxladı və ona
narazılığı ifadə etdi.
Bir neçə saatdan sonra Pandjikidze özü səfirə zəng
vurub və onu hədələyib: "Nəsə fikirləş və necə istəyirsən et, bu
işi düzəlt, yoxsa işini itirəcəksən".
Səfir də həmçinin hirslənib ki, siz özünüz məni
hansısa bir ağılsızlığa məcbur etdiniz, sonra da mənə irad
tutursunuz?
"Bir sözlə, iki deputatın "zarafatı" arxasında
böyük bir həngamə qopub və indi başları bu işə necə bəraət
qazandırmağa qarışıb", - deyə Nuqzar Sulaşvili yazır.