Ağdamda yol qəzası (FOTO)

21 İyun 2014 12:17 (UTC+04:00)
Ötən gün Ağdam rayonunun Xındırıstan kəndində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, 90-UG-086 dövlət nömrə nişanlı "Mercedes Benz" markalı avtomobil ilə "VAZ 2107" markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində sürücülərdən birinin müxtəlif bədən xəsarətləri aldığı və Ağdam MRX-na çatdırıldığı bildirilir. 

Faktla əlaqədar Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.