Roza Zərgərli magistr oldu

4 İyul 2012 13:32 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Azərbaycanın tanınmış müğənnisi Roza Zərgərli magistr pilləsindədir. 

Roza Zərgərli bu il Mədəniyyət və İncəsənət Universitetinin "Rejissor sənətinin tarixi və nəzəriyyəsi" ixtisası üzrə magistr pilləsinə qəbul olub.

Qeyd edək ki, müğənni gələcək həyatını incəsənətlə bağlasa da, sənətin fərqli sahəsinə üstünlük verib. Həmkarlarından seçilən Rozanın əsas məqsədi rejissor olmaqdır.

Türkan Nadirqızı

Movqe.Az