Murat Boz özünü qoyuna bənzətdi (FOTO)
21 İyun 2014 12:30 (UTC+04:00)
Türkiyəli məşhur müğənni Murat Bozun yeni şəkli
yayılıb.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
sosial şəbəkədə aktivliyi ilə seçilən sənət adamlarından olan
Türkiyənin gənc və populyar müğənnisi Murat Boz yeni yayımladığı
köhnə şəkli ilə hamını təəccübləndirib. Həmin şəkil 13 il bundan
əvvəl - 2001-ci ildə çəkilib.
Müğənninin şəkildə qıvrım saçlı olması xüsusilə
diqqət çəkir. Murat Boz da bunun sosial şəbəkə izləyiciləri
tərəfindən maraqla qarşılanacağını nəzərə alaraq, paylaşdığı həmin
şəkildə Merinos qoyunu kimi tüklərinin qıvrım olduğunu qeyd
edib.