Türkiyədə zəlzələ

21 İyun 2014 13:00 (UTC+04:00)
Türkiyədə daha bir zəlzələ baş verib. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, zəlzələ ötən gün axşam saatlarında Aralıq dənizində qeydə alınıb.

4,3 bal gücündə olan zəlzələnin episentri Aralıq dənizinin şərq sahillərində, yerin 42 kilometr dərinliyində baş verib. Dağıntı və tələfat barədə məlumat verilmir.

Xatırladaq ki, ötən ayın 24-də Türkiyədə 6,2 bal gücündə zəlzələ baş vermişdi. Zəlzələnin episentri Egey dənizinin Yunanıstan sahillərində qeydə alınmışdı və zəlzələnin episentrdə gücü 7,2 bal olmuşdu.