Futbolçunun gizlinlərini açdılar (FOTO)
21 İyun 2014 13:13 (UTC+04:00)
"Atletiko Madrid"in ulduz futbolçusu Arda Turanın
həyatı kitaba köçürülüb.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
ispaniyalı yazıçı Xuan E. Rodriqez Qarrido tərəfindən yazılan "Arda
Turan Bayrampaşanın dahisi" kitabda məşhur futbolçudan ağızdolusu
təriflər yazılıb.
Yazıçı Arda Turanın futbol oyununu ovsunlayıcı bir
şəkildə izah etməyə çalışıb.
"Əgər futbol topu bir kristal kürə olsaydı, Arda
onu qırmadan futbol oynayardı" -deyə yazıçı kitabında qeyd
edib.
İspan dilində yazılan kitab artıq Türkiyə
türkcəsinə də çevirilib. Futbol həvəskarları və Arda Turanın
pərəstişkarları ispan yazıçının bu addımını maraqla
qarşılayblar.
Kitabda maraqlı bir məqam isə Ardanın sarışın
qadınlara meyilli olmasıdır. Hətta tanışları ona "növbəti sevgilin
Peris Hilton olacaq" - deyə zarafat da
edirlər.
Qeyd edək ki, məşhur futbolçunun son günlərdə adı
tanınmış sarışın televiziya aparıcısı Burcu Esmersoyla
hallanır.