Gül İhsanoğlu ilə qarşılaşmamaq üçün məscidi dəyişdirdi

21 İyun 2014 14:11 (UTC+04:00)
Türkiyə prezidenti Abdullah Gülün ötən gün cümə namazında prezident seçkilərində müxalifətin vahid namizədi olan Ekmələddin İhsanoğlu ilə qarşılaşmamaq üçün başqa məscidə namaz qılmağa getdiyi iddia olunub.

MOvqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Türkiyənin müxalif partiyaları olan CHP və MHP tərəfindən vahid namizəd olaraq adı önə sürülən Ekmələddin İhsanoğlu avqust ayında keçirilməsi planlaşdırılan prezidet seçkisi hazırlıqlarına başlayıb. 

Ötən gün cümə namazına Yeniköy mərkəzi məscidinə gedən İhsanoğlu müxbirlərdən qaça bilməyib. Onlar, "Abdullah Gülün siz burda olduğunuz üçün məscidi dəyişdirdiyini bilirsinizmi?" -sualına xəbərdar olmadığını bildirib.

Qeyd edək ki, Abdullah Gül Davutoğlu ilə cümə namazını köşkün yanındakı Tarabya məscidində qılıb.