Qafqaz Universitetində yanğın
21 İyun 2014 18:00 (UTC+04:00)
Gecə Abşeron rayonu Xırdalan şəhəri ərazisində
Həsən Əliyev küçəsində yerləşən Qafqaz universitetində yanğın
olub.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki ,
universitetin inzibati işlər üzrə müdiri Sultan Rüstəmovun verdiyi
məlumata görə, yanğın universitetin bufetində qeydə alınıb. Bufetdə
yerləşən soyuducunun elektrik naqillərindəki qısaqapanma
nəticəsində alışma baş verib. Yanğın təxminən 25 kvadrat metr
ərazini əhatə edib.
Hadisədən sonra əraziyə Fövqəladə Hallar
Nazirliyinin yanğınsöndürnləri cəlb edilib, qısa zamanda alov
nəzarətə götürülüb. Görülən tədbirlər nəticəsində yanğının geniş
miqyas almasına və təhsil müəssisəsinin digər inzibati otaqlarına
keçməsinə imkan verilməyib.
Hadisə zamanı xəsarət alan olmasa da, yanan ərazi
yararsız vəziyyətə düşüb. Alovun qarşısı alındıqdan sonra isə
hadisə yerinə nazrliyinin istintaq və təhqiqat şöbəsində araşırma
aparıblar. Yanğının dəqiq baş vermə səbəbləri isə bu araşdırmaların
sonunda bəlli olacaq.