Tanınmış aktyorun barmaqları amputasiya olundu
21 İyun 2014 18:18 (UTC+04:00)
95 gün reanimasiyadan sonra apreldə evə buraxılan
aktyor Nejat İşler yenidən əməliyyat olunub.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
septik şokun yaratdığı emboliya yüksəlişi səbəbindən barmaqları
göyərən aktyor yenidən əməliyyat olunub. 5 saat davam edən
əməliyyat nəticəsində aktyorun sağ əlinin 2 barmağı amputasiya
olunub, 3 barmağın sağlamlığını isə bərpa etmək mümkün
olub.
Həkimlər bu problemin reanimasiya müddəti uzanan
xəstələrdə aşkar edilə bilən bir hal olduğunu
söyləyib.
Xatırladaq ki, yanvarın 17-də septik şok diaqnozu
ilə xəstəxanaya yerləşdirilən, 3 ay reanimasiya bölməsində qalan
məşhur türk aktyor Nejat İşler aprelin 22-də evə buraxılandan sonra
Bodrumun Gümüşlük bölgəsindəki evinə
yollanmışdı.
Xəstənin ümumui vəziyyətinin qənaətbəxş olduğunu
deyən həkimi bundan sonrakı mərhələdə aktyorun müalicəsinin
ambulator müayinə ilə davam edəcəyini bildirib.