170 milyon il yaşında

4 İyul 2012 13:37 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Almaniyanın Bavyera əyalətində ətlə qidalanan dinozavrların ilk nümunəsi olduğu güman edilən tüklü heyvan skeleti aşkarlanıb. "Amerika National Academy of Sciences"in (Milli Elmlər Akademiyası) araşdırmasına görə bu heyvan skeleti 170 milyon il əvvələ-Jurassik erasına aiddir. Bütün bədəni tüklərlə əhatə olduğu sanılan heyvanın ağzı açıq böyük bir kəlləsi, qısa arxa qıçları və başının üzərindən keçən bir quyruğu var.