Məscidin minarəsindən xaç asdılar (FOTO)

21 İyun 2014 16:28 (UTC+04:00)
Bolqarıstanın paytaxtı Sofiya şəhərindən 200 km cənubda yerləşən Qetse Delçev şəhərindəki tarixi "Qaraca Paşa" məscidinin minarəsinə naməlum şəxslər təxminən 2 metrlik taxta xaç asıb. Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Blaqoevqrad bölgə müftisi baş vermiş hadisəni kəskin pisləyib.   "Müsəlman icmasının məruz qaldığı belə hücumlar istisnai hərəkət və adi bir cinayət kimi yox, İslamın əleyhində, böyük hadisələrə səbəb ola biləcək cinayət kimi görülməlidir. Dinlərarası insidentlərə səbəb olan, milli təhlükəsizliyə səbəb ola biləcək bu kimi hadisələr dövlət hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalı, cinayəti törədənlər ədalət qarşısında cavab verməlidir".  Bundan başqa müfti ibadət yerlərinin mühafizəsi və baş verə biləcək hücumların qarşısının alınması üçün dövlət rəsmilərinə müraciət edib.