Sumqayıtda ölümlə nəticələnən ağır qəza
21 İyun 2014 17:11 (UTC+04:00)
Bakı-Quba yolunun 51-ci kilometrliyində, yolun
Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən ağır yol
nəqliyyat hadisəsi baş verib. Movqe.az FHN-nin saytına istinadən
xəbər verir ki, hadisə "Hyundai" markalı minik maşını ilə "Kamaz"
markalı yük avtomobilinin toqquşması nəticəsində meydana
gəlib.
Hadisə yerin dərhal Fövqəladə Hallar Nazirliyinin
müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti
qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü
hadisə yerində ölüb və deformasiyaya uğramış avtomobildə sıxılmış
vəziyyətdə qalıb.
Xilasedicilər sürücünün cəsədini müvafiq qaydada
nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verib,
həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri
görüblər.
Əməliyyat saat 07:30-da başa çatıb.