Qafqaz universitetindən 10 nəfər evakuasiya edilib
21 İyun 2014 17:09 (UTC+04:00)
Fövqəladə Hallar Nazirliyi Qafqaz universitetində
baş verən yanğınla bağlı məlumat yayıb.Movqe.az xəbər verir ki ,
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə,
Xırdalan şəhərində beşmərtəbəli inzibati binanın yataqxanasının
3-cü mərtəbəsində ümumi sahəsi 25 kv.m olan mətbəxində 1 ədəd
soyuducusu yanıb.
Yanğın zamanı yuxarı mərtəbələrdən 10 nəfər tələbə
yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Yataqxana yanğından
mühafizə olunub. Yanğın saat 03:45-də yanğınsöndürənlər tərəfindən
söndürülüb.
Universitetin inzibati işlər üzrə müdiri Sultan
Rüstəmovun ANS-ə verdiyi məlumata görə, bufetdə yerləşən
soyuducunun elektrik naqillərindəki qısaqapanma nəticəsində alışma
baş verib.