İmtahandan kəsilən müəllim özünü asdı

21 İyun 2014 19:05 (UTC+04:00)
Ötən gün Salyan rayonunda gənc müəllim özünü asıb. 

Movqe.az xəbər verir ki , Rayon Prokurorluğundan  verilən məlumata görə, hadisə Kürsəngi kəndində baş verib.

Belə ki, 1990-cı il təvəllüdlü İntiqam Səyyar oğlu Nəcəfov özünü yaşadığı evdə asıb. Onun meyidi asılmış halda yaxınları tərəfindən tapılıb. Araşdırmalar zamanı gəncin intihar etidiy məlum olub.

Müəllimin hansı səbəbdən özünü öldürməsi barədə rəsmi olaraq heç bir məlumat yoxdur. Lakin bəzi kütləvi informasıya vasitələrində bildirilir ki, gənc müəllim Təhsil Nazirliyi tərəfindən müəllimlərin müsabiqəsindən zəif nəticə göstərib. Bu səbəbdən də, İntiqam Nəcəfov özünü öldürüb.

Faktla bağlı rayon Prokurorluğundan cinayət işi başlanıb, araşdırma aparılır.