Bakıda tələbə qız Somalidə yaşananlara dözməyib özünü öldürmək istədi
21 İyun 2014 19:12 (UTC+04:00)
Bakıda 20 yaşlı qız intihara cəhd edib.Movqe.az
APA-ya istinadən xəbər verir ki , Nərimanov Rayon Polis
İdarəsindən verilən məlumata görə, hadisə Hidayətzadə küçəsi 37 a,
mənzil 46 da qeydə alınıb.
Bakı şəhər sakini, Bakı Dövlət Sosial İqtisad
Kollecinin tələbəsi, 1994-cü il təvəllüdlü Günel Həsənova yaşadığı
binanın 11-ci mərtəbəsinə çıxaraq özünü atmaq
istəyib.
G.Həsənova hadisə yerində olan polis və Fövqəladə
Hallar Nazirliyinin əməkdaşları tərəfindən fikrindən
daşındırılıb.
Polisdən G. Həsənovanın Somalidə insanlara qarşı
olan rəftara, onların aclıqdan əziyyət çəkmələrinə etiraz olaraq
intihar etmək istədiyi bildirilib.