Kamilə Babayeva serialda çəkilməkdən imtina etdi

4 İyul 2012 13:38 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Azərbaycanın məşhur teleaparıcısı Türkiyədə serialda çəkilməkdən imtina etdi.

Xatırladaq ki, Kamilə Babayeva "Aramızda qalsın" serialında baş oyunçulardan biridir.

K.Babayevaya "Yaxşi Cazibə" serialından dəvət gəlsədə, o, imtina edib. Səbəbi isə teleaparıcı bu cür izah edib:

"Türkiyədə çalışıramsa, oranın mühitinə alışmalıyam. Dostlarla ünsiyyət, tədbirlərə qatılmaq vacibdir. Mən Bakıda oturub, Türkiyə üçün plan qurmaq isə absurddur. Mən Türkiyədə çox qala da bilmirəm. Bakı üçün çox darıxıram".

Türkan Nadirqızı

Movqe.Az