Uşaq 3-cü mərtəbədən düşüb, öldü
21 İyun 2014 21:00 (UTC+04:00)
Sumqayıtda bədbəxt hadisə ölümlə nəticələnib.
Movqe.az xəbər verir ki , Daxili İşlər Nazirliyinin mətbuat
xidmətindən verilən məlumata görə, azyaşlı yaşadığı evin
eyvanından düşüb.
Əli Qasımov yaşadığı yataqxananın 3-cü
mərtəbəsindən yıxılıb. Xəstəxanaya yerləşdirilmiş Ə.Qasımov orada
ölüb.
Qeyd edək ki, ötən gün Bakıda daha iki uşaq
hündürlükdən yıxılıb. Mehmandarov küçəsində 3 yaşlı Rəvan Vüqar
oğlu Qəniyev 8-ci mərtəbədən yıxılıb.
Digər hadisə isə Nizami rayonu, Çobanzadə küçəsi
ev 47, mənzil 68-də qeydə alınıb. Həmin ünvanda yaşayan, 4 yaşlı
Aylin Vahid qızı Hüseynova dördüncü mərtəbədən yıxılıb. Uşaqlar
xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.