Bakının 3 rayonunda qaz olmayacaq

21 İyun 2014 23:01 (UTC+04:00)
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Movqe.az xəbər verir ki ,  "Azəriqaz" İB-dən  verilən məlumata görə, 22.06.2014-cü il tarixində saat 10:00-dan 18:00-dək Səbail, Yasamal və Nəsimi rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Qeyd edilən rayonların təbii qaz təchizatında məhdudiyyətlərin olması qaz nəqli sistemində təmir işləri ilə əlaqədardır.