Bakıda köynək oğrusu tutuldu
21 İyun 2014 22:13 (UTC+04:00)
Bakıda qeyri-adi oğurluq baş verib. Movqe.az xəbər
verir ki , Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
verilən məlumata görə, Nəsimi rayonu Moskva prospektində
quldurluq etmiş Ağsu rayon sakini tutulub.
İyunun 20-də Nəsimi rayonu Moskva prospektində
naməlum şəxs Ağcabədi rayon sakini Kənan Tağıyevi bıçaqla
hədələyib. Naməlum şəxs K.Tağıyevin köynəyini
alıb.
Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Ağsu
rayon sakini Şükran Rəhimov tutulub.
Qeyd edək ki, bir necə həftə öncə Bakıda köynək
davası qətlə səbəb olmuşdu.