Kef məclisi yasa döndü: dostları göz önündə can verdi
21 İyun 2014 23:15 (UTC+04:00)
Spirtli içki qəbul edərək çimməyə gedən Göyçay
rayon sakini su kanalında boğulub. Hadisə rayonun Qaraxıdır
kəndində baş verib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
hadisəni EL TV işıqlandırıb. 27 yaşlı Elşad Həmidov yaşadığı kənddə
keçirilən toy mərasimində dostları ilə yeyib-içdikdən sonra onlarla
birgə yaxınlıqdakı su kanalında çimməyə gedib. Spirtli içki qəbul
edən Elşad Həmidov dostları ilə kanalda çimərkən qəflətən suda
boğulub.
Hadisə şahidlərinin sözlərinə görə, gənclərin
hamısı spirtli içki qəbul etdikləri üçün boğulana kömək edə
bilməyiblər.
Kəndə çağırılan Göyçay Rayon Təcili və
Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri də bir uşaq
atası olan Elşad Həmidovun həyatını xilas edə bilməyiblər. Faktla
bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma
aparılır.