İyunun 22-nə olan astroloji proqnoz

22 İyun 2014 10:09 (UTC+04:00)

QOÇ - Günün ümumi görüntüsü işlərinizin normal tərzdə cərəyan edəcəyinə əsas verir. Ailə zəminində mehribançılığı tənzimləyin! Müştərək fəaliyyətə başlamaq üçün uğurlu vaxtdır.

 

BUĞA - Əgər gələn həftəni səmərəli şəkildə başa vurmaq fikriniz varsa, bu gündən ciddi ölçü götürməlisiniz. Xəyallar qoynundan düşüb real addımlar atın. Nəzərə alın ki, Ay bürcünüzdədir.

 

ƏKİZLƏR - Saat 13-ə qədər olan ərəfə istisna olmaqla qalan saatları yüksək əhval-ruhiyyədə başa vuracaqsınız. Doğmalarınızla mübahisə etməyin. Şəxsi büdcənizdə artım da gözlənilir.

 

XƏRÇƏNG - Əgər ixtiyarınızda olan bu ərəfədən zövq almaq istəyirsinizsə, oturaq işləri məhdudlaşdırın. Çünki ulduzlar bürcünüzə olduqca romantik səyahətlər, maraqlı qonaqlıqlar bəxş edəcək.

 

ŞİR - İxtiyarınızda olan bu təqvimdə aktivliyinizi artırmağınız vacibdir. Bunun öhdəsindən gəlsəniz, ulduzlar sizə yardımçı olacaq. Günün ikinci yarısında hər mənada ehtiyatlı olun.

 

QIZ - Bu ərəfə şəxsi işlərinizdə əsaslı dönüş yaratmaq üçün böyük əhəmiyyət kəsb edəcək. Boş dayanmaqdansa səylərinizi birləşdirib yalnız irəli getməlisiniz. İşıq ucu gələn bütün yollara baş vurun.

 

TƏRƏZİ - Bu gün yaxın ünsiyyətdə olduğunuz insanların əksəriyyəti problemlərinizin həllində böyük rol oynayacaq. Bu, çıxardığınız qərarlardan, atdığınız addımlardan birbaşa asılı olacaq.

 

ƏQRƏB - Nəzərdə tutduğunuz əksər sahələrdə irəliləyişə nail olacaqsınız. Həmkarlarınızla ünsiyyətdə obyektiv olun. Öz müsahiblərinizə bacardığınız qədər güzəştə gedin. Uzaq yola çıxmayın.

 

OXATAN - Mövcud sıxıntı və nigarançılığınızı aradan qaldırmaq üçün ətrafınızdakılar sizə yardımçı olacaqlar. Ümumiyyətlə, düşərli ərəfədir. Günün ikinci yarısı qonaq getmək, səfərə çıxmaq olar.

 

OĞLAQ - Saat 16-ya qədər nəzərdə tutduğunuz planların böyük əksəriyyətini həyata keçirməkdə çətinliyiniz olmayacaq. Sevgi zəminində yeni mərhələyə qədəm qoyacaqsınız. Hətta pul da mümkündür.

 

SUTÖKƏN - Müəyyən çalarlarına görə, bəxtinizə ziddiyyətli təqvim düşüb. Qarşılaşdığınız proseslərin inkişafı gah müsbət, gah da mənfi istiqamətə yönələcək. Uzaq səfərlərdən imtina edin.

 

BALIQLAR - Maliyyə məsələlərində uğurlarınız mümkündür. Axşamı hansısa məclisdə keçirməyiniz daxili nigarançılığınızı azaldacaq. Qonşu və qohumlarla münasibətləri məcrasından çıxarmayın.